Banner

Sürücülərin nəzərinə: bu yolda təmir gedir - VİDEO

Yeniliklər 31 İyul 2022 20:55 Oxunub 1854
Sürücülərin nəzərinə: bu yolda təmir gedir    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ziya Bünyadovla Heydər Əliyev prospektlərini birləşdirən Müzəffər Nərimanov küçəsi təmir edilir. Ümumi uzunluğu 2 km-ə yaxın olan küçənin eni 12 metrə çatdırılıb.

 

Küçədə səki və yağış-kanalizasiya xətləri də bərpa edilir. Həmin küçədən mütəmadi istifadə edənlər işlərin tezliklə yekunlaşmasını istəyirlər.

 

Paytaxtın ən böyük yollarından sayılan Heydər Əliyev prospektinə paralel olan və Sabunçu rayonu ərazisində yerləşən Asif Əsədullayev küçəsi də əsaslı şəkildə təmir edilir.

 

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, küçənin köhnə-asfalt beton örütüyü qaşınıb, bəzi hissələrdə genişləndirmə işləri həyata keçirilib və piyada səkiləri yenidən bərpa edilib. Asfaltlanma işləri isə bu gün tam yekunlaşıb.

 

Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətləri çəkilən, zəruri yerlərdə yol nişanları quraşdırılan küçə müasir görkəmdə bu gecədən vətəndaşların istifadəsinə veriləcək.

 

Agentlikdən o da bildirilib ki, tapşırığa uyğun olaraq bu il Sabunçu rayonu üzrə 12.7 km uzunluğa malik qəsəbədaxili küçələrin təmiri də nəzərdə tutulur.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh