Sürücülük vəsiqəsi almaq istəyənlərə YENİ QAYDA

Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası "Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlimat"a dəyişiklik edib. Avtosfer.az apa-ya istinadən bildirir ki, dəyişiklik sürücülük (traktorçu-maşinist) vəsiqəsinin verilməsi (dəyişdirilməsi) ilə bağlıdır. İndiyə qədər bu təlimat Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi orqanları tərəfindən traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün ilk peşə-ixtisas təhsil müəssisələrini, hazırlıq kurslarını bitirmiş şəxslərin imtahanlarının keçirilmə, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin verilmə və dəyişdirilmə qaydalarını müəyyən edib. Dəyişikliyə əsasən isə bundan sonra bu təlimat Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən traktor və digər mexaniki nəqliyyat vasitələrini (kənd təsərrüfatı texnikası) idarə etmək üçün tədris müəssisələrini və kursları bitirmiş şəxslərdən məqbul (zaçot) və imtahanların qəbul edilməsi və onlara sürücülük (traktorçu-maşinist) vəsiqəsinin verilməsi (dəyişdirilməsi) ilə bağlı qaydaları müəyyən edəcək. Başqa sözlə, sürücülük (traktorçu-maşinist) vəsiqəsinin verilməsi ilə bağlı imtahanlarla bərabər məqbul (zaçot) da veriləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












