Sürüşmə olan yola alternativ yol çəkiləcək - İsmayıllıda

İsmayıllıda üç kəndin rayon mərkəzi ilə əlaqəsini bərpa etmək üçün alternativ yol çəkiləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası baş geoloqu Ələmdar Piriyev apa-ya açıqlamasında deyib ki, bundan sonra rayon mərkəzi ilə kəndlər arasında gediş-gəliş bərpa olunacaq. Ə.Piriyev qeyd edib ki, ölkə ərazisində müşahidə olunan atmosfer yağıntıları nəticəsində Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində, Sərsurə kəndinin girişində, Sulut çayının sağ sahilində baş vermiş sürüşmə nəticəsində avtomobil yolunun 350-400 metr hissəsi tamamilə sıradan çıxıb: “İsmayıllı rayonunun Sulut, Kələzeyvə və Sərsurə kəndlərini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunda nəqliyyatın hərəkəti tam dayanıb. Hazırda sürüşmə prosesi aktiv fazadadır. Əgər həmin əraziyə müdaxilə olunarsa, sürüşmə müəyyən qədər arta, nəticədə böyük fəsadlar yarada bilər. Uçqun artar, hər hansı texnikanı batırar. Həmin yolu bərpa etmək çətin məsələdir. Ona görə bu işlə məşğul olan müvafiq qurumlar alternativ yolun çəkilməsi barədə razılığa gəlib”.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












