Taksi sürücülərinə yeni xəbər

Azərbaycanda da kifayət qədər tanınan dünyaca məşhur sərnişindaşıma fəaliyyəti ilə məşğul olan "Uber" şirkəti Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fəaliyyətini dondurub. Sputnik Fox News-a istinadən xəbər verir ki, ötən bazar ölkədə servisin 50 sürücüsü səbəbsiz yerə saxlanılıb ki, bu da ani çaşqınlıq yaradıb. "Bu problem müvəqqətidir, yeni məlumatlar olan kimi, biz xəbər verəcəyik", — deyə şirkətdən bildirilib. "Uber" şirkəti Birləşmiş Ərəb Əmirliklərində 2013-cü ildən fəaliyyət göstərir. Şirkət müştərilərə öz saytı, həmçinin "iPhone"larda və "Android" sistemi ilə işləyən qurğularda xüsusi yaradılmış eyniadlı proqram vasitəsilə şəxsi taksi sifariş etmək imkanı verən avtomobil daşımaları xidmətidir. Xidmət proqram təminatından istifadə edərək yaxınlıqda olan sürücünü müştərinin olduğu yerə istiqamətləndirir. Ödəniş bank hesabı vasitəsi ilə həyata keçirilir və gəlirin 80 faizi taksi sürücüsünə qalır. "Uber" şirkəti 2009-cu ildə ABŞ-ın San-Fransisko şəhərində yaradılıb. Onun xidmətləri dünyanın 100-dən çox ölkəsinin şəhərlərində, o cümlədən Bakıda istifadə olunur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












