Tbilisi prospekti ilə hərəkət edənlərin NƏZƏRİNƏ! - VİDEO

Yeniliklər 19 Mart 2026 09:54
Tbilisi prospekti ilə hərəkət edənlərin NƏZƏRİNƏ!  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində ilk dəfə yeni svetoforlar quraşdırılıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat verib.

Bildirilib ki, paytaxtın Yasamal rayonu, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən "L" və "A" tipli dirəklərdən ibarət olmaqla, nəqliyyat və piyada bölməli 9 ədəd svetofor dirəyi quraşdırılıb.

Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO

Bir neçə dəqiqədən sonra yol hərəkəti iştirakçılarının istifadəsinə veriləcək yeni svetoforlar Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və "20 Yanvar" dairəsi istiqamətində birbaşa çıxışı təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin həyata keçirdiyi layihəsi çərçivəsində quraşdırılıb.

Oxunub : 798
ŞƏRH YAZ
Ad

E-mail

Şərh