TDT ölkələri turist qatarlarının işə salınması imkanını nəzərdən keçirir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətləri arasında və onların hüdudlarından kənarda turist qatarlarının işə salınması imkanları araşdırılır.
Avtosfer.az-ın TDT-yə istinadən verdiyi məlumata görə, bununla əlaqədar olaraq üzv dövlətlərin dəmiryolu idarələri və turizm qurumlarının nümayəndələrindən ibarət xüsusi işçi qrupu yaradılıb.
Bu ilin yanvar-avqust aylarında Azərbaycana TDT ölkələrindən 428 456 turist səfər edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,4 % (399 085 nəfər) çoxdur.
Türkiyədən gələn turistlərin sayı 289 952 nəfər (illik 2,6 % çox), Qazaxıstandan - 69 332 (+19,4 %), Özbəkistandan - 37 718 (+27,8 %), Türkmənistandan - 21 422 (+1,7 %), Qırğızıstandan - 7 093 (+33 %), Macarıstandan - 2 939 nəfər (+14 %) olub.
TDT ölkələrindən gələn turistlərin Azərbaycanın ümumi turist axınındakı payı 24,9 % təşkil edir.
Qeyd edək ki, 2025-ci ilin iyul ayında TDT-nin üzv dövlətləri Ankarada turizm sahəsində Anlaşma Memorandumu imzalayıblar.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










