Təcili yardım avtobusu yaradıldı

Avstraliyada 12 adi təcili yardım maşınını əvəz edə bilən təcili yardım avtobusu yaradılıb. Avtosfer.az azərtac-a istinadla xəbər verir ki, Adelaida ştatındakı (Avstraliya) Royyal Hospital klinikasının həkimləri dünyada ilk “təcili yardım avtobusu”nun xidmətlərindən istifadə edirlər. Bu qeyri-adi yeniliyin təqdimat mərasimində Adelaidanın yüzlərlə sakini, habelə Avstraliyanın səhiyyə naziri Cek Snellinq iştirak edib. Uzunluğu 15 metrə yaxın olan avtobus xüsusi avadanlıqla təchiz edilib. Burada eyni vaxtda 12 pasiyentə (6 nəfər əyləşə bilən və daha 6 nəfər uzanıqlı vəziyyətdə xəstəyə) tibbi yardım göstərmək mümkündür. Avtobusun içərisində iki həkim və tibbi heyətin üçüncü üzvü – həm feldşer, həm də sürücü vəzifəsini yerinə yetirən şəxs üçün yerlər nəzərdə tutulub. Müasir tibbi texnika ilə təchiz edilmiş bu nəhəng təcili yardım maşınında defibrillyatorlar və mobil USM (ultrasəs müayinəsi) aparatları quraşdırılıb.
Bu avtobus eyni vaxtda zərər çəkmiş çoxsaylı insanlara təxirəsalınmaz tibbi yardım göstərilməsi hallarında: ağır yol-nəqliyyat hadisələri, texnogen qəzalar, o cümlədən kol-koslu və alçaq ağacların çox olduğu ərazilərdə yanğınlar zamanı tətbiq edilmək üçün nəzərdə tutulur. Avstraliyada tez-tez baş verən bu cür yanğınlar insan üçün çox təhlükəlidir.
Royyal Hospital klinikasının həkimlərinin sözlərinə görə, mühüm idman matçları, konsertlər və minlərlə tamaşaçı cəlb edə bilən digər kütləvi tədbirlər keçirilən günlərdə bu qeyr-adi avtobus stadionların və idman saraylarının yaxınlığında növbə çəkəcək.
Sürücülərin NƏZƏRİNƏ: Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO
Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - Yeni təyinat - FOTO
Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO
Sıxlığın qarşısını almaq üçün ÜÇ YENİ avtomobil yolu inşa ediləcək: İSTİQAMƏTLƏR - VİDEO
"Şamaxinka"da sürücülər üçün yenilik: Xüsusi zolaq ləğv edildi - VİDEO
Rəşad Həsənov nazir müavini təyin olundu - FOTO
“Bolt”da təhlükəsizlik daha da güclənir - Təcili yardım çağırmaq mümkün olacaq – VİDEO
Azərbaycanda köhnə maşınları utilizasiya edən yeni məntəqə işə başladı - ÜNVAN
Telefon tutacağından istifadə edənlər 1200 manat cərimə ediləcək – YENİ QANUN










