Tərtərçay üzərində körpü əsaslı şəkildə bərpa edilir – VİDEO

Bərdə rayonu Əyricə və Yeni Əyricə kəndlərinə gedən avtomobil yolunda, Tərtərçay üzərində yerləşən avtomobil körpüsü “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsaslı şəkildə bərpa edilir. Əyricə və Yeni Əyricə kəndlərini birləşdirən dəmir konstruksiyalı avtomobil körpüsü 1981-ci ildə inşa edilib. Körpünün uzunluğu 35 metr, eni isə 4 metrdir. Körpü istismar müddətini başa vurduğu üçün qəzalı vəziyyətdə idi. Artıq körpünün bərpası istiqamətində bir müddətdir ki, işlərə başlanılıb. Əsaslı şəkildə aparılan bərpa işləri zamanı yeni dayaqlar tikilərək, bərkidilib. Hazırda körpünün dəmir konstruksiyasının qurulması işləri aparılır. Sözügedən işlər çərçivəsində körpünün eni 4 metrdən 5,5 metrə qədər genişləndirilir. Körpünün kənarlarına dəmir mühəccərlər quraşdırılır. Bununla yanaşı körpüyə gələn yanaşma yollarının asfaltlanması və yamacların betonlanması işləri də görülür.
Körpünün dəmir konstruksiyası tam hazır olduqdan sonra hərəkət hissəsinin 15 sm qalınlığında betonlanması və 5 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Körpünün kənarı ilə vətəndaşların da rahat və təhlükəsiz gediş-gəlişi üçün piyada səkisi tikiləcək.
Tərtərçay üzərində yerləşən dəmir körpünün əsaslı şəkildə bərpası işləri “Azəryolservis” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılır və yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















