Tərtərdə mühüm əhəmiyyətə malik yeni körpü inşa edilir – FOTO+VİDEO

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Bərdə-İstisu avtomobil yolunun 10-cu km-də avtomobil körpüsü inşa edilir. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, Tərtər rayonunun Sarcalı kəndi ərazisində, Tərtər çay üzərində inşası aparılan 3 aşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 m-dir. Körpü 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 8.5 m-dir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər bir istiqamət üzrə1.75 menində piyada səkilərinin də tikintisi nəzərdə tutulub. Layihə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr yanaşma yolları və ümumi uzunluğu 56 metr olan 5 ədəd dairəvi borunun tikintisi aparılacaq. Tərtər rayonunun Zolgölən və Sarcalı kəndlərini birləşdirəcək avtomobil körpüsü istismara verildikdən sonra məsafə dəfələrlə qısalacaq. Ümumilikdə 11 yaşayış məntəqəsinin 25.6 min əhalisinin gediş-gəlişi xeyli rahatlaçacaq. Bundan öncə isə vətəndaşlar Tərtər və Bərdə rayon mərkəzlərinə getmək üçün10 km-dən artıq yol gət etməli olurdular.
Qurumdan bildirilib ki, hazırda tikinti işləri yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” rəhbərliyinin nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















