Tıxacları azaltmaq üçün Nəqliyyat Mübadilə mərkəzləri yaradılır - Bakıda

“Bakı Nəqliyyat Planı”nına uyğun olaraq Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda 157 sayda mövcud marşrut xəttini xarici mütəxəssislərlə birgə təhlil edib.
Avtosfer.az xəbər verir ki, bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli agentliyin bir illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Agentlik tərəfindən sərnişin həcmi dəqiqləşdirilərək hərəkət sxemləri müəyyənləşdirilib:
"Sərnişindaşıma xidməti göstərən 2083 ədəd avtobusun hamısı “Fərqlənmə nişanına” cəlb edilib. Marşrut şəbəkəsinin optimallaşdırılması çərçivəsində 3 marşrut xətti ləğv edilib, 1 marşrut xətti bərpa edilib. Sakinlər, həmçinin qurum və təşkilatlardan daxil olan müraciətlər əsasında sərnişin tələbatı nəzərə alınaraq 5 marşrutun xətti uzadılıb. Marşrutların təkrarlanma hallarının olmasına uyğun olaraq, müvafiq sərəncamlarla 14 marşrut üzrə hərəkət sxemləri, 2 marşrut üzrə isə daşıyıcılar dəyişdirilib".
V.Kərimli bildirib ki, şəhərin mərkəzi hissəsində tıxacların yaranmasının minimuma endirilməsi məqsədi ilə Nəqliyyat Mübadilə mərkəzlərinin yaradılmasına başlanılıb:
"İlk belə mərkəz metronun “Koroğlu” stansiyası yaxınlığında yaradıldı. Bununla da həmin istiqamətdə ətraf kənd və qəsəbələrdən gələn marşrut avtobuslarının şəhərmərkəzinə girişi məhdudlaşdırıldı. Sərnişinlərin buradan şəhər mərkəzinə rahat gediş-gəlişi müasir standartlara cavab verən avtobuslarla həyata keçirilir. Artıq “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dayanacaq məntəqələrinin quraşdırılmasına başlanılıb. Gələcəkdə “Avtovağzal”, “Dərnəgül”, “28 May” metro stansiyaları və “Lökbatan dairəsi” ətrafında da Nəqliyyatı Mübadilə mərkəzlərinin yaradılması nəzərdə tutulub".
O əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi paytaxtda yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə bağlı görülən işlər çərçivəsində avtobus dayanacaq məntəqələrini araşdırıb:
"Aparılan araşdırma nəticəsində 1200-dən çox dayanacaq məntəqəsinin vəziyyəti öyrənilib. Məntəqənin ünvanını, dayanacaqda sərnişinlərə xidmət edən marşrutların nömrələrini, onların keçdiyi dayanacaq məntəqələrinin adlarını, intervallarını, ilk və son avtobusun dayanacaqdan keçmə vaxtını özündə əks etdirən yeni avtobus dayanacaq lövhələri tərtib edilərək 75 məntəqədə yerləşdirilib. Metronun “Koroğlu” stansiyasının yaxınlığındakı Nəqliyyat Mübadilə Mərkəzində 15 ədəd avtobus dayanacaq pavilyonunun yerləri müəyyənləşdirilərək quraşdırılır".
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












