Transxəzər marşrutunda yükdaşımalara yeni gəmi cəlb edir – FOTO

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Şahdağ” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda əsaslı təmirdən çıxıb. Avtosfer.az xəbər verir ki, bu barədə trend Gəmiçiliyə istinadən məlumat verir ki, keçən ayın sonundan start verilən təmir işləri qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib. “Şahdağ”ın baş və köməkçi mühərrikləri, su, yağ, yanacaq, ballast və sair sistemləri əsaslı təmir olunub. Braşpil, lövbər qurğuları və zəncirləri saz hala gətirilib, sükan qurğusu və digər mexanizmlərdə zəruri təmir işləri görülüb.
Eyni zamanda gəminin bütün sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.
Qeyd edək ki, “Şahdağ” yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək, Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları və sərnişin daşıyacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















