Tranzit yükdaşımanı stimullaşdıracaq - Prezident sərəncamı

Prezident Ilham Əliyev 21 oktyabr 2016-cı ildə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 318-VQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb. Sənəddə qeyd olunur ki, ölkə iqtisadiyyatının bütün sferaları üzrə həyata keçirilən islahatların səmərəliliyinin, biznes mühitinin həm yerli, həm də xarici sahibkarlar üçün əlverişliliyinin təmin edilməsi məqsədilə vergi sistemində də dövrün tələbinə uyğun bir sıra zəruri dəyişikliklər həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən trend-ə bildirilib ki, Qanunda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsi ölkədə biznes mühitinin əlverişliliyi, optimal vergi dərəcələrinin tətbiqi, tranzit yük daşınma sahəsində bəzi yeniliklər baxımından da faydalı olacaq. Dəyişiklik həm avtomobil, həm də gəmi ilə tranzit yükdaşımalarının, həcminin, sahibkarlar üçün gəlirlərin artması deməkdir.
Qanunda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsini sürətləndirmək və effektivliyi təmin etmək üçün ölkə Prezidenti Nazirlər Kabinetinə 3 ay vaxt verib. Bu müddət ərzində, Nazirlər Kabineti aktların yeni vergi Qanununa uyğunlaşdırılması barədə təkliflərini və Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Qanuna uyğunlaşdırılması barədə Prezidentinə məlumat verməlidir. Əlavə edək ki, Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Qanuna uyğunlaşdırılmasının beş ay müddətində həyata keçirilməsinə də Nazirlər Kabineti nəzarət etməli və ölkə Prezidentinə məlumat verməlidir. Bu normativ aktların Qanuna uyğunlaşdırılmasını isə Ədliyyə Nazirliyi həyata keçirəcəkdir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












