Tranzit yüklər yol vergisindən azad olunacaq - VİDEO

Azərbaycan tranzit yüklərin daşınmasını artırmaq üçün daha bir önəmli addım atdı. . Avtosfer.az xəzərxəbər-ə istinadən xəbər verir ki, dövlət başçısının fərmanı ilə iyunun 1-dən tranzit yük daşıyan yük maşınları və dəmiryolu nəqliyyatının yol vergisindən azad olunmasını ekspertlər önəmli hadisə hesab edirlər. Tranzit yükdaşımalarında vahid pəncərə sisteminin tətbiqindən sonra indi də bu qərarın verilməsi, Azərbaycanı beynəlxalq yük daşımalarında strateji koridora çevirəcək.
İyunun 1-dən etibarən Azərbaycan ərazisindən daşınan tranzit yüklərə görə yol vergisi alınmıyacaq. Bu prezidetn İlham Əliyevin imzaladığı fərmanın göstərilən tarixdən qüvvəyə minməsi ilə gerçəkləşəcək. Daşınan yüklərin maya dəyəri isə aşağı düşdüyünə görə xarici ölkələr Azərbaycandan yük keçirməkdə daha maraqlı olacaqlar. Bu isə öz növbəsində Azərbaycanın qonşu ölkələrlə müqayisədə tranzit ölkə kimi önəmini daha da artıracaq. Ekspert Fikrət Yusifovun sözlərinə görə yeni qərarın verilməsində əsas məqsəd hazırkı yükdaşımalarının həcmini dəfələrlə artırmaqdır.
Fikrət Yusifov bildirir ki, dünyada iqtisadi böhran şəraitində xüsusilə Azərbaycanla qonşuluqda yerləşən bütün ölkələr tranzit yüklərin həcmini artırmaq üçün güclü rəqabət aparırlar. Bu rəqabətdə ən iddialı ölkələrdən biri də məhz Azərbaycandır. Xatırladaaq ki,yol vergisinin ləğvindən öncə prezidentin fərmanı ilə tranzit yük daşımalarının bir pəncərə prinsipi ilə icra edilməsi də prosesin şəffaflaşmasında əvəzsiz rol oynayıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












