Turistlərin daşınması ilə Azərbaycanda kim məşğul ola bilər? - VİDEO

Azərbaycanda turist və ekskursantların daşınmasını həyata keçirən sürücülərlə bağlı yeni tələblər tətbiq ediləcək. Milli Məclisdə yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinə görə, turist və ekskursantların daşınmasını həyata keçirən sürücülərin bilikləri nəzarət orqanı tərəfindən sertifikatlaşdırılmalıdır. Həmin sertifikatı əldə etməyənlər turist və ekskursantların daşınması ilə məşğul ola bilməz.
Turizm və Menecmentlik Universitetinin Turizm və Qonaqpərvərlik fakultəsinin dekanı Rəhman Səfərov deyir ki, turistləri daşıyan avtonəqliyyat vasitələrini idarə edənlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına dair xüsusi hazırlıq keçməlidir. Turistlərin və ekskursantların daşımalarını tənzimləyən normativ akrtlar barədə zəruri biliklərə malik olmalıdırlar.
Avtomobillə daşıma xidmətləri göstərən şəxs lisenziya aldıqdan sonra turistləri və ekskursantları daşıma sahəsində hansısa nöqsanı olarsa, və ya kimsə icazəsiz turist daşımaq işi ilə məşğul olarsa cəzalandırılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












