Türkiyəyə qatarla gedəcəyik

Bakı-Tiflis-Qars layihəsinin Gürcüstandan keçən hissəsində işlər 4 mərhələ üzrə aparılır. ANS-in məlumatına görə, birincidə Marabda stansiyasından Tetriskara stansiyasına qədər 30 km məsafəni əhatə edir. Tetriskara-Çalka stansiyaları arasındakı 50 km-lik xətt isə ikinci mərhələyə daxildir. İlk iki mərhələ üzrə işlərin 95 %-i yerinə yetirilib və hazırda burada son tamamlama işləri aparılır. 3-cü mərhələ Çalka və Axalkalaki stansiyalarını birləşdirən 74 km uzunluğunda dəmiryolu xəttinin 50 km-lik hissəsi hazırdır. Sonuncu mərhələyə isə Axalkalakidən-Kartsax stansiyasına qədər olan 26 km məsafə daxildir. Burada da işlərin 90 %-nin yekunlaşdığı deyilir. Yalnız bu hissədə Avropa standartlarına uyğun dəmiryolu relslərindən istifadə olunduğundan buradakı 26 km uzunluğunda xətt texnika ilə yox, əllə döşənilib. Sonuncu stansiyadan sonra Türkiyə ilə sərhəddə dağların altı ilə 4 km uzunluğunda tunel çəkilir. Hər iki tərəfdən irəliləyən işçi heyətin tuneldə qarşılaşması üçün cəmi 850 metr məsafə qalıb ki, bunun da ilin sonuna qədər tamamlanacağı deyilir. Gün ərzində orta hesabla 700 metr xətt çəkildiyini bildirən “Dəmiryolservis”in Gürcüstan filialının icraçı direktoru İsmayıl Sadıqov işlərin başa çatma vaxtı ilə bağlı bunları dedi. İsmayıl Sadıqovun sözlərinə görə, boş qalan hissənin torpaq işi, körpülər qurtarmaq üzrədi: “Yolun qoyulması da noyabrdan sonra praktiki olaraq burada hava şəraiti imkan vermir. Ona görə də planlaşdırırıq ki, sentyabra qədər yolu birləşdirək və sentyabrın birinci yarısında işçi qatarını Türkiyə sərhədinə, tunelə qədər aparacağıq”.
Bir sözlə, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin Gürcüstan ərazisindəki 189 km-lik hissəsində yolun birləşməsi üçün son 24 km xəttin payız fəslinə girmədən çəkiləcəyi bildirilir. Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə yerinə yetirilən layihənin Bakı-Tiflis-Ceyhan boru xəttindən sonra ölkəmizin iqtisadiyyatının inkişaf etməsində ikinci layihə kimi qiymətləndirilir.
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










