Uçan aparatlardan istifadə - Cinayət sayılacaq

Azərbaycanda pilotsuz uçan aparatlardan istifadə edərək şəxsi həyata müdaxilə etmə cinayət məsuliyyəti yaradacaq və bununla bağlı həbs cəzası müəyyənləşdirilir. Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 156-cı (Şəxsi həyatın toxunulmazlığını pozma) maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişlərin, səs yazılarının yayılması, satılması, başqasına verilməsi, qanunsuz toplanılması məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Azərbaycan Prezidenti tərəfindən layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












