Uşağa ad qoymaqla bağlı YENİ QAYDA

Uşağın vətəndaşlıq və ad almaq hüququ yeni qanunla tənzimlənəcək.
Avtosfer.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, hər bir uşağın doğumu Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq qeydiyyata alınacaq. Uşaq, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulan hallar istisna olmaqla, doğulduqdan sonra vətəndaşlıq əldə edəcək.
Uşağa ad Ailə Məcəlləsinə uyğun şəkildə veriləcək. Hazırda qüvvədə olan qanunvericiliyə görə, uşağın adı valideynlərin qarşılıqlı razılığı ilə, valideynlər olmadıqda isə qəyyumluq orqanının razılığı və ya göstərişi əsasında müəyyən edilir. Ailə Məcəlləsinə əsasən, ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə müəyyən olunur.
Uşağın soyadı, əsasən, valideynlərin soyadına uyğun müəyyən edilir. Valideynlərin soyadları fərqli olduqda isə uşağa valideynlərin razılığı ilə ya atanın, ya da ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.
Valideynlər arasında uşağın ad və soyadı ilə bağlı razılıq əldə olunmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll ediləcək.
Atalıq müəyyən edilmədikdə uşağa ad ananın göstərişi ilə veriləcək, ata adı Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşağın atası kimi qeydə alınan şəxsin adına uyğun yazılacaq, soyad isə ananın soyadına görə müəyyən olunacaq.
Könül Rauf
Bakıda yeni marşrut xətti işə düşüb - Gedişhaqqı 55 qəpikdir
Xalq artistinin oğlunun rütbəsi artırıldı - Vəzifə verildi
Laçına Sumqayıtdan da reyslər açılır
Bəzi dayanacaqlara görə avtobuslar yolun ortasında dayanmalı olur; həll yolu nədir? - FOTO
Nazir beş nəfərə yüksək vəzifə verdi - FOTO
"Şamaxinka"da qaydalar belə dəyişir - Sürücülərin nəzərinə! - VİDEO
Kəmaləddin Heydərova iki müavin təyin edildi - Onlar kimdir?
Azərbaycanın bütün bölgələrində dayanacaqlar yenilənir - Milyonlarla manat xərclənəcək
Yollarda həyat xilas edən yeni sistem: Zərbəni udur, qəza zamanı ölümdən qoruyur - VİDEO
Şəhid oğluna yüksək vəzifə VERİLDİ - FOTO
Əməkdar memardan Bakıda salınacaq tramvay xətləri ilə AÇIQLAMA









