"Utilizasiya xərcləri maşının qiymətinə bərabər olanda..." - Ekspertdən TƏKLİF

"İcra hakimiyyətləri və sahə müvəkkiləri vətəndaşı avtomobilini utilizasiya etdirməyə təşviq etməlidir".
Bu fikirləri "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı media və ictimaiyyətin məlumatlandırılması ilə bağlı konfransda nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

O vurğulayıb ki, paytaxtda utilizasiya xidmətindən istifadə etmək sakinlər üçün əlçatan olsa da, regionlarla bağlı eyni fikri səsləndirmək olmur.
"Bölgələrdə vətəndaşların utilizasiya xidmətindən istifadəsinə kömək etmək lazımdır. Zaqataladan Bakıya avtomobili utilizasiya üçün gətirmək istəyən vətəndaş ən azı 200-300 manat evakuasiyaya görə ödəniş etməlidir. Doğrudur, yeni qaydalara əsasən 5 il ərzində ödənilməyən cərimələr silinir. Vətəndaş da 3 ildir cərimələrini ödəmir. O düşünəcək ki, utilizasiyaya görə avtomobilini Bakıya gətirsə, cərimələrini də ödəməli olacaq, evakuatora da 200-300 manat ödəməlidir, bəzi sənədləri də əldə etmək üçün ödənişləri hesablayır. Nəticədə görür ki, avtomobili utilizasiyaya aparmaq üçün çəkdiyi xərclər maşının qiymətinə bərabər olur, ona görə də avtomobili utilizasiyaya aparmaqdansa həyətdə çürüməyinə razı olur. Vətəndaş bilmir ki, o, həyətində “zəhər tuluğu” saxlayır. Bölgələrdə utilizasiya ilə bağlı ciddi təbliğat işlərinə ehtiyac var. Bu məsələdə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və polis əməkdaşlığı yüksək nəticələrin əldə olunmasına gətirib çıxaracaq. Eləcə də, yerli icra nümayəndələri bu məsələdə həmrəy olmalıdır. Çünki onlar hamımızdan daha yaxşı bilir ki, kim həyətində nə saxlayır, kimin darvazasının qabağında hansı maşın “yatızdırılır”. Bu mövzuda icra hakimiyyətləri və sahə müvəkkiləri vətəndaşı avtomobilini utilizasiya etdirməyə təşviq etməlidir”.
Ekspert həmçinin qeyd edib ki, utilizasiya ilə bağlı bəzi vətəndaşların soyuq münasibəti olsa da, başqaları həyətində çürütdüyü avtomobilə son qazanc yeri kimi baxır:

“Ölkəmizdə utilizasiya prosesinin ilk dövrlərində istismar müddəti bitən avtomobillərin alveri ilə məşğul olan işbazlar var idi. Onlar gedib vətəndaşdan həmin avtomobili çox aşağı qiymətə alır və gətirib utilizasiyaya verib daha yüksək məbləğ əldə edə bilir. Bu adamlar bu mövzuya biznes kimi yanaşır. Lakin elə vətəndaşlar var ki, həmin istismar müddəti bitən maşınına evinin dolanışığı, ailəsinin qazanc yeri kimi baxır. Gələcəkdə dövlət bu məsələlərdə yanaşmanı dəyişsə, yaxşı olar. Bu şəxslər arasında fərqli yanaşma tərzinə ehtiyac var. Utilizasiyaya görə vətəndaşa ödənilən məbləğlərdə də fərq bilinməlidir”.
Səfər
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










