Utilizasiyaya görə vətəndaşa ödənilməli olan məbləğin artırılması... – EKSPERTDƏN HÖKUMƏTƏ TƏKLİF

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən nəqliyyat vasitələrinin utilizasiyası fonduna 50 milyon manat vəsait ayrılacaq.
Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərmanda öz əksini tapıb. Fond üçün ayrılan məbləğ 2024-cü illə müqayisədə 2 dəfə çoxdur.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı saytımıza açıqlamasında bildirib ki, utilizasiya fonduna əlavə ödənişlərin yığılması və dövlətin bu sahəyə dəstəyi təqdirə layiqdir:

“Azərbaycan dövlət səviyyəsində ətraf mühitin qorunmasının nə qədər vacib olduğunu bu sahəyə milyonlarla vəsait ayırmasından görə bilərik. 50 milyon vəsait az məbləğ deyil. Ötən ilin cəmi bir neçə ayı ərzində 40 milyondan çox vəsait təkcə yığımlardan formalaşmışdı. Dövlət tərəfindən yürüdülən siyasət uğurlu nəticə verir. Ümumilikdə götürsək, bu fond, dövlət dəstəyi ilə yanaşı, həm də digər vasitələr ilə öz-özünü ayaqda saxlaya biləcək və gələcəkdə digər yığımlarla da yaxşı nəticələr ortaya qoya biləcək”.
Ekspert əlavə olaraq vurğulayıb ki, vəsait nə qədər çox olsa da, insanları narahat edən məsələlər həllini tapacaqmı sualı bizi düşündürür:
“Çox həssas məqamlar var. Məsələn, ödənişlərin məbləği ilə bağlı vətəndaşlar ciddi şəkildə narahatdırlar. Ödənişin normal məbləğdə olması, insanların işə daha həvəslə yanaşmasına, vətəndaşların istismar yaşı yuxarı olan avtomobillərini da həvəslə təhvil verməsinə səbəb olar. İndiki situasiyada məbləğ bir qədər az olduğuna görə insanlar maşınını təhvil vermək istəmir. Məsələn, bir maşının utilizasiyası üçün 1500 AZN vəsait nəzərdə tutulub, amma həmin maşının bazar dəyəri 2000-3000 AZN-dir. Təklif edirlər ki, vətəndaş maşını aparıb bazarda söksün, detallarını satsın, dövlətə gətirib skeletini versin. Amma belə yanaşmaq çıxış yolu deyil. Elə vətəndaşlar var ki, onun qapısında saxladığı istismar yaşı çox olan paslanmlş avtomobili ailəsinin son çıxış yolududur. Amma elə adam da var ki, villada yaşaylr, həyətində saxladığı avtomobili dəyər-dəyməzinə satmağa çalışır və biz hər birinə eyni məbləğdə - 1500 manat civarında çek uzadırıq. Belə hallar vətəndaşı doğru istiqamətləndirməyəcək. Ona görə düşünürəm ki, bu utilizasiya zamanı vətəndaşa ödənəcək məbləğ məsələsinə yenə baxılmalıdır. Burada bir fərq olmalıdır. Bu adamın son ümid yeri, dolanışıq yeri bu maşındır”.

E. Muradlı onu da qeyd edib ki, bu məsələlərdə dövlət dəstəyi mütləqdir:
“Gələcəkdə utilizasiya sahəsi ilə bağlı maarifləndirmə işlərini gücləndirsələr daha yaxşı olar. Sosial çarxlar çəkilməli, utilizasiyanın mahiyyəti izah edilməlidir. Əgər bu məsələlərə diqqət ayrılırsa, bu vəsait səmərəli istifadə olunmuş sayıla bilər”.
Eltac Zülfüqaroğlu
Prezident onu rektor təyin etdi - SƏRƏNCAM
Bakının bu ərazisində nəqliyyat sıxlığı tam aradan qaldırıldı - FOTO - VİDEO
Ziya Bünyadov prospekti Kənar dairəvi yolla birləşdirilir - VİDEO
“Bolt”dan yenilik; sürücülər bu işdə yaxşı gəlir əldə edəcək, maşın onlara qalacaq - VİDEO
Bu marşrut üzrə bütün avtobuslar yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
Ən son kimyəvi kəşf artıq nəqliyyat sahəsində tətbiq ediləcək - VİDEO
Bakıda metro xəttinin altından maşın yolu keçəcək - VİDEO
Prezident fərman imzaladı - Gömrük Komitəsinə yeni səlahiyyət verildi
Bu küçədə sərbəst hərəkət təmin edildi - Sürücülərin NƏZƏRİNƏ! - VİDEO
"Bolt" Azərbaycanda gənclər üçün yeni müsabiqə elan edib; bu atrixdə başlayacaq - RƏSMİ
Bakıda saatda 50 kilometr limiti: YENİLİKDİRMİ?










