Vasif Talıbov aeroportda açılış etdi - FOTOLAR
Yeniliklər
12 Sentyabr 2016 23:17

Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb terminalı” istifadəyə verilib
Sentyabrın 11-də Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb terminalı” istifadəyə verilib. Avtosfer.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovvə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov açılışı bildirən lenti kəsiblər.
Məlumat verilib ki, Naxçıvan Beynəlxalq Hava Limanının aerovağzal binası tamamilə yenidən qurulub, keçid körpüləri və teloskopik traplar quraşdırılıb. Aerovağzal binası Şərq və Qərb terminallarından ibarətdir. “Qərb terminalı”nda minik və enişlərin təmin olunması üçün ən müasir tipli teleskopik trap quraşdırılıb. Teleskopik trap vasitəsilə sərnişinlər rahatlıqla təyyarələrə minəcək, həmçinin təyyarədən terminal binasına keçəcəklər. Müasir avadanlıqların quraşdırılması sərnişinlərin rahatlığına və uçuşların təhlükəsizliyinə imkan verəcək.
Sərnişin və yüklərin təhlükəsiz və beynəlxalq normalara uyğun daşınmasının təşkil edilməsi üçün terminalda yüksək standartlara cavab verən yoxlama avadanlıqları, 2 ədəd eskalator, məhdud hərəkətli sərnişinlər üçün lift, uşaq əyləncə guşəsi, tranzit səyahət edən sərnişinlər üçün zal, 41 metr uzunluğunda yeni baqaj konteyneri, ana və uşaq otaqları, kafe, tibb otağı, hərbiçi ailələri üçün istirahət otağı və digər xidməti otaqlar istifadəyə verilib. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılıb. Həmçinin Naxçıvan Beynəlxalq Hava Limanı eyni vaxtda bir neçə təyyarəni, o cümlədən tranzit uçan təyyarələri qəbul edib, yolasalma imkanına malikdir.
Binada xarici reyslərin qarşılanıb-yola salınması üçün pasport-qeydiyyat bölmələri və viza otağı, o cümlədən sərhəd, gömrük və miqrasiya xidmətlərinin əməkdaşları üçün müasir iş şəraiti yaradılıb, Azərbaycan, ingilis və rus dillərində elektron informasiya köşkü qurulub. Terminal videonəzarət sistemi ilə təmin edilib, kafe fəaliyyətə başlayıb.
“Qərb terminalı” ilə tanışlıqdan sonra kollektivlə görüş olub.



Oxunub : 1863
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












