Vergilər Nazirliyi “ASAN İmza”sı olanlara müraciət edib

Vergilər Nazirliyinin ASAN Sertifikat Xidmətləri Mərkəzi “ASAN İmza” sertifikatı olan vergi ödəyicilərinə müraciət edib. Bu barədə Avtosfer.az-a nazirliyin Analitik-İnformasiya Mərkəzindən məlumat verilib. Məlumata görə, “ASAN İmza” sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan və 2013-cü ilin avqust və növbəti aylarında alınmış sertifikatların etibarlılıq müddəti 2016-cı ilin oktyabr və növbəti aylarında bitəcək. Buna görə də vergi ödəyiciləri “ASAN İmza” sertifikatının yenisini almaq üçün qüvvədə olan ASAN imzası vasitəsi ilə www.asxm.gov.az/portal/login portalına daxil olub müvafiq ərizəni və etibarnamələri imzaladıqdan sonra ASAN imza sim kartını dəyişərək vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya ASAN xidmət mərkəzlərinə yaxınlaşa bilərlər.
Vergi ödəyiciləri “ASAN İmza” ilə əlaqədar əlavə sual yaranarsa, Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə, rəsmi internet saytının “Sual-cavab” bölməsinə və www.asxm.gov.az internet ünvanına müraciət edə bilərlər.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












