Vizaların verilməsində yeniliklər olacaq - Hava limanı və digər sərhəd-buraxılış məntəqələrində

Azərbaycanda hava limanında və digər sərhəd buraxılış məntəqələrində vizaların verilməsində bir sıra yeniliklər tətbiq ediləcək. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunub ki, viza alınması üzrə 53 formaların birbaşa ölkəyə giriş məntəqələrindəki köşklərdə doldurulması imkanı saxlanılmaqla, aidiyyəti dövlət qurumları tərəfindən viza üzrə özünəxidmət köşklərinin quraşdırılması kimi innovativ metodların tətbiqi təmin olunacaq. Bu istiqamətdə ödənişlər kredit kartı vasitəsilə də qəbul ediləcək. Burada əsas məqsəd region ölkələrində olduğu kimi, Azərbaycanda da elektron vizanın verilməsi vaxtını iki iş gününə qədər azaltmaqdır.
Mövcud şəraitə uyğun olaraq, ölkənin turizm potensialından maksimum səviyyədə bəhrələnmək məqsədilə, əsas və potensial turizm bazarları hesab olunan ölkələrdən gələn turistlərə vizaların verilməsini qiymətləndirmək üçün aidiyyəti dövlət qurumları birgə iş aparacaq. Bu cür qiymətləndirmə təhlükəsizlik məsələlərini də əhatə edəcək. Bu məqsədlə Turizm Şurasının tərkibində işçi qrup yaradılacaq və həmin işçi qrup təhlükəsizlik maraqlarını nəzərə almaqla müəyyən hədəf ölkələrdən olan turistlər üçün viza verilməsi prosedurlarının yenilənməsi üzrə təkliflər verəcək. Viza verilməsinin faydalarının, risklərinin və riskyumşaldıcı metodların müəyyən edilməsi üçün beynəlxalq təcrübə təhlil olunacaq. Eyni zamanda, Azərbaycana dayə-qulluqçuları ilə birgə səyahət edən ailələr (əsasən Yaxın Şərq ölkələrindən) üçün qeyri-millətlərdən olan həmin dayə–qulluqçulara tətbiq edilən viza proseslərinin sadələşdirilməsi imkanı nəzərdən keçiriləcək. Bununla əlaqədar olaraq, əgər həmin şəxslərin işlədikləri ölkədə müvafiq iş icazəsi vardırsa, Azərbaycanda həmin işçilər üçün hava limanında viza verilməsi məsələsinə baxılacaq. Təhlillər nəticəsində əldə olunan tövsiyələrə uyğun olaraq, müvafiq dövlət orqanları ölkələrə aid zəruri dəyişiklikləri tətbiq edəcək. Nəticələr Xarici İşlər Nazirliyinin internet səhifəsi, qəzetlər və digər kanallar vasitəsilə dərc olunacaq, rəsmi kütləvi informasiya vasitələrində aidiyyəti ölkələrə çatdırılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












