Banner

"Xaliq Faiqoğlu"nun avtobusları üçün yeni təmir mərkəzi açıldı - FOTOLAR

Yeniliklər 1 İyul 2016 17:01 Oxunub 7295
"Xaliq Faiqoğlu"nun avtobusları üçün yeni təmir mərkəzi açıldı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faiq Seyidov: "İstəyirik ki, heç kim yolda qalmasın, sərnişinlər sürücülərlə çox ünsiyyətdə olmasın"

Bu gün Yasamal rayonu ərazisində Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC-nin avtobusları üçün yeni təmir mərkəzi istifadəyə verilib. Avtosfer.az xəbər verir ki, yeni konsepsiyada inşa olunmuş müasir diaqnostik və təmir cihazları ilə olunmuş mərkəzdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməklə şirkətin istisamarında olan avtobuslara gündəlik baxış və servis xidməti göstəriləcək. Burda avtobusların daxili və xaricinin təmizlənməsi, o cümlədən avtobus salonların kimyəvi maddələrlə dezinfeksiyası həyata keçiriləcək. Burada Azərbaycanda ilk dəfə olaraq avtobusların mühərrikinin yağı tam yeni üsulda avtomatik qaydada həyata keçirilir. Təmir mərkəzi 9 kabinədən ibarətdir.

http://avtosfer.az/upload/news/c83078.jpg

Mərkəzdə çalışan geniş iş təcrübəsinə malik olan mütəxəssislər dəfələrlə xarici ölkələrdə təlim və ixtisasartırma kurslarında iştirak ediblər. Bununla yanaşı, təmir mərkəzinin inzibati binasında sürücülərin xəttə çıxmadan öncə həkim müayinəsindən keçmələri üçün xüsusi həkim otağı, dispetçr, ehtiyat hissələrinin saxlandığı anbar və ofis otaqları mövcuddur.

http://avtosfer.az/upload/news/6c1761.jpg

Açılış mərasimində çıxış edən şirkətin rəhbəri Faiq Seyidov dövlət tərəfindən sahibkarlığın inkişafına xüsusi qayğı göstərildiyini qeyd edib: “Təmir mərkəzində 50-yə yaxın iş yeri yaradılıb. Cənab Prezidentin sərəncamı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma sahəsində həyata keçirilən islahatlarda şirkətimiz də yaxından iştirak edir.

http://avtosfer.az/upload/news/141a9c.jpg

Bu il şirkət tərəfindən Bakı şəhərinə yeni, iritutumlu 12 metrlik avtobusların gətirilməsi nəzərdə tutulub. Bundan başqa iyul ayının sonunadək şirkətin istismarında olan 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xəttlərində Bakı Kart sistemi tətbiq olunacaq. Bu iş üçün şirkət tərəfindən 2 milyon manatdan artıq vəsait ayrılıb. Bizim planlarımız böyükdür, istəyirik ki, heç kim yolda qalmasın, sərnişinlər sürücülərlə çox ünsiyyətdə olmasın. Ən yeni sistemin bizim şirkətdə olmasına çalışırıq". 

Bildirilib ki, Bakıda avtomobil nəqliyyatının hərəkətinin təkmilləşdirilməsi, sərnişinlərin gediş-gəlişinin asanlaşdırılması məqsədilə paytaxta yeni sərnişin avtobusları gətiriləcək. Bu ilin sonuna qədər 55 ədəd Türkiyə istehsalı olan "İsuzu" markalı avtobuslar gətiriləcək. "Yeni avtobuslar da, digər avtobuslarımız kimi “Avro-5” standartına cavab verəcək. Bu avtobuslar geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənəcək. Bundan başqa, avtobuslar müasir videomüşahidə və videoqeydiyyat sistemi, həmçinin kondisionerlə təchiz olunub. Biz fiziki imkanları məhdud insanları da nəzərə almışıq, həmçinin avtobuslarda yaşlı sərnişinlərin rahat minib-düşə bilməsi üçün xüsusi panduslar quraşdırılıb. 24 oturacağı olan bir avtobusun sərnişin tutumu 69 nəfərdir. Avtobusların yan şüşələri salona düşən günəş işığını təsirini təxminən 80 faiz azaldır".

Qeyd edək ki, paytaxtda sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC-nin balansında təxminən 400 avtobus var. Yeni gətiriləcək nəqliyyat vasitələri 

şirkətə məxsus 65, 79, 18, 85, 61 və 96 saylı marşrutlarda xəttə buraxılacaq.

Şirkət tərəfindən xidmətin keyfiyyətinin artırılması məqsədilə qarşımızda duran ən vacib məsələ sürücülərin beynəlxalq səviyyəli təlimlərə cəlb olunmasıdır. Bu məqsədlə də "Xaliq Faiqoğlu" MMC dünyaca məşhur olan Almaniyanın "Hed Akademi" şirkəti ilə əməkdaşlığa başlayıb.

http://avtosfer.az/upload/news/a43368.jpg

Tədbirdə çıxış edən “Hed Academi” şirkətinin prezidenti Cankat Hurmoğlu təmir mərkəzində həyata keçirilən işlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Onun sözlərinə görə, məsələ təkcə yüksək avadanlıqların ölkəyə gətirilməsində deyil, eyni zamanda onları işlədə bilən peşəkarlar da olmasındadır: “Bu xüsusda “Xaliq Faiqoğlu” şirkəti yüksək işlər görüb. Bundan sonra biz də şirkətlə birgə treninqlər keçirəcəyik. Həm sürücülərin sərnişinlərə davranış qaydaları, həm də texniki məsələlərdə “Xaliq Faiqoğlu” MMC-yə kömək edəcəyik”.

Qeyd edək ki, bundan sonra "Hed Akademi" şirkəti dünya təcrübəsini "Xaliq Faiqoğlu" MMC-nin sürücülərinə tətbiq edəcək. Avtobus sürücülərinin sərnihinlərinə davranışı, təhlükəsiz idarəetmə və qənaet rejimi ilə bağlı treninqlərə cəlb olunacaq sürücülərə sonda sertifikat veriləcək.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh