«Xaliq Faiqoğlu»nun bu avtobusları “Bakı Kart” sisteminə keçdi - FOTOLAR

Bu gündən etibarən “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xəttlərində elektron ödəniş sistemi - “Bakı Kart” sisteminə keçilib. «K Group» və Türkiyənin «Kent Kart» şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində birinci mərhələdə 117 avtobusa kart oxuyan cihazlar-validatorlar quraşdırılıb, sürücü və dispetçerlər müvafiq təlimlərdən keçirilib, şirkətin inzibati binasında xüsusi monitorinq mərkəzi qurulub.
Layihənin ərsəyə gəlməsində Bakı Nəqliyyat Agentliyinin (BNA) xüsusi dəstəyini qeyd edən şirkətin rəhbəri Faiq Seyidov həmçinin «K Group» və «Kent Kart» şirkətinə təşəkkürünü bildirdi. «Geniş məlumat bazasına malik olan sistem sayəsində avtobusların hərəkət istiqaməti, onların hərəkət sürəti, hər bir dayanacaq üzrə və ümumiyyətlə, gün ərzində avtobuslardan istifadə edən sərnişinlərin sayı barədə ətraflı məlumatlar əldə etmək mümkün olacaq» deyə F.Seyidov bildirib ki, şirkətin atdığı bütün addımlar sərnişinlərin rahat və təşlükəsiz şəkildə mənzil başına çatdırılmasına hesablanıb. Sərnişinlərin rahatlığını düşünən “Xaliq Faiqoğlu” şirkəti sosial layihə çərçivəsində sıxlıq təşkil edən dayanacaqlarda sərnişinlərə balansında 1 gediş haqqı (0.20 AZN) məbləği olmaqla “Bakı Kart” ödəniş kartları hədiyyələr paylanmaqdadır. Qeyd edək ki, mərhələli şəkildə yaxın vaxtlarda şirkətin istismarında olan digər marşrut xəttlərində elektron ödəniş sisteminə keçiləcək. Bununla yanaşı şirkət bu gün yeni İsuzu Citiport markalı 12 m yeni avtobusu ictimaiyyətə təqdim edib. Ümumiyyətlə, yaxın vaxtlarda xəttlərdə olan avtobusların yeni, müasir və 12 m avtobuslarla dəyişidirlməsini təmin edəcək.
Elməddin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq























