Xəzərin ilk hərbi limanının inşaatı başa çatır - Qazaxıstanda

Qazaxıstanda Aktau beynəlxalq dəniz-ticarət limanı ərazisində ilk hərbi limanın inşaatı başa çatır, obyektin rəsmi təhvili bu ilin oktyabr ayında gözlənilir.
Avtosfer.az tass-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyindən bildiriblər. Nazirliyin bəyanatına görə, limanın inşaatı fevralda başlayıb. Qeyd edilir ki, bu, respublikanın hərbi-dəniz qüvvələrinin tarixində ilk hərbi təyinatlı liman olacaq. “Qazaxıstan HDQ gəmilərinin Aktau şəhərinin limanında yerləşməsi Xəzər dənizinin Qazaxıstan sektoruna yaranacaq təhdidlər zamanında və səmərəli reaksiya verməyə, Xəzər dənizinin istənilən rayonuna gəmilərin operativ çıxışına imkan yaradacaq. Bununla yanaşı, maddi-texniki daşınma və təminatın vaxtında təşkil olunması, texniki və hərbi resursların qənaətinə, yanacaq-sürtkü materiallarına sərf edilən xərclərin azaldılmasına şərait yaradacaq”, - deyə Qazaxıstanın HDQ baş komandanı vitse-admiral Jandarbek Janzakov bildirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












