Xınalıq yolu təmir olunur - FOTO+VİDEO

Sentyabrın 1-dən 2-nə keçən gecə Qudyalçaya gələn sel nəticəsində yararsız vəziyyətə düşən Quba-İspik-Xınalıq avtomobil yolunda təmir işləri aparılır
Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, əraziyə “Azəravtoyol” ASC-nin və Körpü-Bina-Tikinti MMC-nin texnikası, canlı qüvvəsi cəlb olunub.
Təbii fəlakətdən zərər görən yolun ilk növbədə təqribən 400 metrlik hissəsində yol yatağının bərpası işləri görülür. Ardından həmin ərazidə beton bəndlərin inşası nəzərdə tutulur.
Yolun yararsız vəziyyətə düşməsindən ən çox zərər çəkənlər Xınalıq, Haput, Əlik, Cek və digər dağ kəndlərinin sakinləridir. Onlar rayon mərkəzinə getmək üçün əvvəlki günlərdən daha çox vəsait xərclədiklərini bildirirlər.
Qeyd edək ki, bu ayın əvvəllərində Qudyalçayda suyun səviyyəsinin artması Quba-İspik Xınalıq avtomobil yolunun 29-cu və 36-cı kilometrliyində yerləşən körpüləri də qəzalı vəziyyətə salıb. Onlardan biri təmir olunaraq avtomobillərin istifadəsinə verilib, digəri isə qəzalı vəziyyətdə qalmaqdadır.




Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












