Xiyabani küçəsinin bir hissəsi təmir edildi - FOTO

Bakı şəhərində avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə “Azəryolsevis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Yasamal rayonu Məhəmməd Xiyabani küçəsinin bir hissəsində təmir-tikinti işləri aparılıb. Təmir işlərinin aparıldığı ərazi Həsən bəy Zərdabi və Abbas Mirzə Şərifzadə küçələri arasında yerləşir. Həmin hissənin uzunluğu 320 metr, eni isə 9 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Yenilənmə işləri zamanı küçənin təqribən 3 min kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Səkilər abadlaşdırılıb və asfaltlanıb, zəruri olan yerlərdə səki daşları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları dəyişdirilib. M.Xiyabani küçəsində aparılan təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















