Xocahəsən yolunda yerüstü piyada keçidi bərpa edildi – FOTOLAR

Xocahəsən avtomobil yolunda bir müddət bundan öncə avtonəqliyyat hadısəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidi bərpa olunaraq vətəndaşların istifadəsinə verilib. Bərpa işləri zamanı qəza nəticəsində keçidin dağılmış dəmir tirləri, həmçinin alt hissədə və kənarlarda olan üzlük materiallar yeniləri ilə əvəz olunub. Bundan başqa keçidin qalereyasının divarları, tavanı və döşəməsi əsaslı şəkildə təmir olunub. Artıq vətəndaşlar rahat və təhlükəsiz şəkildə keçiddən istifadə edə bilərlər.
Xatırladaq ki, ötən il “Shacman” markalı yük maşının sürücüsü yük hissəsi açıq vəziyyətdə idarə etdiyi avtonəqliyyat vasitəsini Xocahəsən avtomobil yolunda yerləşən yerüstü piyada keçidinə çırpmışdı. Nəticədə piyada keçidinin alt hissəsi dağılaraq, qəzalı vəziyyətə düşmüşdü.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq




















