Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb – FOTO+VİDEO

Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, uzun müddətdir əsaslı təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan və nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər olan yolun uzunluğu 23 km, mövcud eni 6-7 metrdir.
Tikinti işləri çərçivəsində yol III texniki dərəcəyə uyğun olaraq 7-8 metrə qədər genişləndirilir. Yol yatağının eni isə 12 metr təşkil edəcək.
İki hərəkət zolaqlı yolun hər iki istiqaməti üzrə çiyinlər tikilərək, bərkidiləcək, yaşayış məntəqələrindən keçən hissədə isə piyada səkiləri yaradılacaq. Bundan başqa, avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların hamısı bərpa olunacaq.
Tikinti işləri yekunlaşandan sonra yolun zəruri olan yerlərinə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətləri çəkiləcək.
Qeyd edək ki, 18 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə 28 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, insanların kənd təsərrüfatı məhsullarını sahələrdə birbaşa olaraq bazarlara rahat çatdırılması mümkün olacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq






















