Xüsusi təcili yardım maşınları istifadəyə verildi - Hava şəraiti ilə bağlı

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası paytaxtda müşahidə edilən qarlı hava şəraitində çağırışlara vaxtında yetişmək üçün xüsusi təcili və təxirəsalınmaz tibbi yardım avtomobillərindən istifadə edib. Avtosfer.az xəbər verir ki, bu barədə movqe.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib. R. Nağıyev bildirib ki, stansiyalara paylanılan hər iki oxu çəkən avtomobillər dünən Yasamal rayonu ərazisində 10 çağırışa yollanıb: “Dünən yollar buzlu və qarlı olmadığından digər təcili yardım avtomobillərinin hərəkətində problem olmayıb. Amma Yasamalda qar paytaxtın digər əraziləri ilə müqayisədə bir qədər çox olduğundan, çağırışlara vaxtında yetişmək üçün hər iki oxu çəkən avtomobillərdən istifadə olunub. Hələ ki, paytaxta yağan qarın hündürlüyü 40 sm-a çatmadığından, xüsusi tırtıllı başmaqlardan istifadə olunmayıb”.
R.Nağıyev bildirib ki, mövcud hava şəraiti ilə bağlı çağırışların sayında artım da müşahidə edilməyib. Qarda, buzda yıxılıb xəsarət alma ilə bağlı təcili və təxirəsalınmaz yardıma müraciət daxil olmayıb. Amma bununla belə R.Nağıyev Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının çağırışlara vaxtında çatmaq üçün tam hazır vəziyyətdə olduğunu söylədi.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












