“Yaxın zamanlarda Naxçıvan-Məşhəd qatarı işə düşəcək” - Səfir

"Mən sentyabrın 22-də Azərbaycanı xoş xatirələrlə tərk edəcəyəm". Bu sözləri fəaliyyət müddəti başa çatmış İran səfiri Möhsün Pakayin deyib. Avtosfer.az xəbər verir ki, O bildirib ki, səfir olduğu müddətdə yalnız öz ölkəsinin mənafeyini düşünməyib: "Çalışdım ki, Azərbaycan tərəfinin də mənafeyi gözlənilsin. Düşünürəm ki, bizim münasibətlərimiz yalnız irəli gedəcək. Mən özümü Azərbaycanda qərib hiss etməmişəm. Ölkəmə qayıdandan sonra Azərbaycan xalqı üçün darıxacağam. Azərbaycanla bağlı xatirələrimi yazacağam".
Səfir qeyd edib ki, Azərbaycana gələndə, iki ölkə arasında münasibətlər bu səviyyədə olmayıb: "Bəzən müəyyən anlaşılmazlıq yaranırdı. Mən səfir olduğum müddətdə iki ölkə arasında qarşılıqlı etimad yarada bildik. Bu gün iki ölkə arasında olan münasibətlər özünün ən yüksək dövrünü yaşayır. Mən səfir olduğum müddətdə prezidentlərin qarşılıqlı səfərləri həyata keçirilib, iki ölkə arasında 50-yə yaxın sənəd imzalanıb, aviareyslərin sayı artıb. Yaxın zamanlarda isə Naxçıvan-Məşhəd qatarı işə düşəcək”.
İkitərəfli əlaqələrin inkişafında medianın xüsusi rolunu vurğulayan M.Pakayin yeni səfir Cavad Cahangirzadənin çox təcrübəli diplomat olduğunu vurğulayıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












