Yeni alət işə düşdü - Vergidən yayınanların işi çətinləşir - VİDEO

Vergidən yayınanları aşkar etmək və onları vergiyə cəlb etmək üçün yeni proqram istifadəyə verilib. Bu proqram vasitəsi ilə hansı obyektdə hansı növ yoxlamanın aparılması avtomatik qaydada müəyyən ediləcək. Yeni baza obyektləri eyni yerdə yerləşməsindən , ölçüsündən və satdığı məhsulların eyniliyindən tutmuş bir çox məlumata görə müqayisə edəcək. Vergilər Nazirlyinin Vergi auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyev bildirir ki, bu proqramla vergi yoxlanılmalarının təyin edilməsində məmur qərarı itmiş olacaq.
Hələ ki yoxlama mərhələsində olan proqramın yaxın 2 həftə ərzində tam tətbiqinə başlanılacaq. İdarə rəsinin sözlərinə görə bu gün futbol üzrə Avropa Çempionatıda başlanıldığından müvafiq idarələrə qanunsuz mərc oyunları keçirilən obyektlərə qarşı mübarizənin gücləndirilməsi tapışırılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












