Yeni “Apple” kompüterləri satışa çıxır - Vaxt bilindi

“Apple” şirkəti ənənəvi olaraq hər ilin payızında iki təqdimat keçirərək yeni qurğular təqdim edir. Sentyabrda ictimaiyyətə smartfonlar, bir qədər sonra planşet, kompüter və s. məhsullar nümayiş olunur. Bu il də istisna deyil. Belə ki, ABŞ şirkəti jurnalistlərə oktyabrın 27-də keçiriləcək təqdimata dəvətnamə göndərib. Şirkətin Kupertino şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək tədbirdə yeni kompüterlərin, o cümlədən istifadəçilərin çoxdan intizarında olduğu yenilənmiş “MacBook” noutbuklarının nümayiş olunacağı gözlənilir. Avtosfer.az “4PDA” resursuna istinadən xəbər verir ki, təqdimat 1998-ci ildə ilk “iMac” kompüterinin nümayişinə işarə olan “Hello again” şüarı ilə baş tutacaq. “Apple” dünyanı yeni “iMac” və ya məhsulun tam yenilənmiş versiyası ilə təəccübləndirmək niyyətindədir. Həmçinin “Mac Pro” qurğularının yenilənəcəyi bildirilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












