Yeni avtovağzal kompleksi açıldı - Gəncədə

Gəncə şəhərində yeni avtovağzal kompleksinin açılışı olub. Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri və sahibkarlar iştirak ediblər.
E.Vəliyev bildirib ki, gələcəkdə kompleksdə 1 200-dən çox işçi çalışacaq: "Bu gün ilkin mərhələnin açılışıdır və kompleks 2017-ci ilin ortalarına kimi tam istifadəyə veriləcək".
İcra başçısı Gəncə şəhərində belə bir kompleksin istifadəyə verilməsini Prezident İlham Əliyevin gəncəlilərə, sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib: "Gəncədə müxtəlif sahələrdə həyata keçirilən infrastruktur lahiyələri, tikinti quruculuq işləri şəhərə yeni nəfəs verib. Son 6 ildə Gəncədə çox böyük işlər görülüb və növbəti ildə də bu işlər davam etdiriləcək".
Kompleksin direktoru Zaur Ələkbərov deyib ki, ümumilikdə 25 hektar ərazidə inşa edilən kompleksin nəzdində inşaat materialları və avtomobil satışı mərkəzi də fəaliyyət göstərəcək: "Avtovağzaldan Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy istiqamətinə reyslər təşkil olunacaq. Sərnişinlərə ilkin mərhələdə 15-18 nəfərlik orta tutumlu 180 avtobus xidmət göstərəcək. Yaxın zamanlarda 24 saat fəaliyyət göstərəcək kompleksdən Naxçıvan, Gürcüstan,Türkiyə, Rusiya və İrana avtobus reysləri təşkil olunacaq".
Sahibkar, AKP şirkətinin müdiri Vüqar Cəfərov sahibkarlara və sahibkarlığın inkişafına yaratdığı şəraitə görə dövlət başçısına təşəkkür edərək, yerli sahibkarların şəhərin inkişafına dəstək verəcəklərini qeyd edib.
Rəmzi qırmızı lent kəsildikdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və qonaqlar kompleksdə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, binada sərnişinlər üçün gözləmə zalı, biletlərin alınması məqsədilə kassalar, xidməti otaqlar, yeməkxana və s. yerləşir. Bununla yanaşı, kompleksdə ticarət mərkəzi fəaliyyət göstərir.
Tikilidə 300 nəfərlik gözləmə zalı, ibadət otağı, tibb otağı, polis postu, ana və uşaq otağı, sərnişin və sürücülərin dincəlməsi məqsədilə müxtəlif otaqlar var. Avtobus və mikroavtobusların gözləməsi məqsədilə perronlar, onların yuyulması və avtomobillərə servis xidmətinin göstərilməsi məqsədilə xüsusi məkanlar inşa edilib.
Avtovağzal kompleksinin ətrafı abadlaşdırılıb, geniş yaşıllıq zolağı salınıb.
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO













