Yeni baş direktor təyin edilib - Dəmir Yolları İdarəsinə

İranın Nazirlər Kabineti ölkənin Dəmir Yolları İdarəsinə yeni baş direktor təyin edib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən Səid Məhəmmədzadə İranın Dəmir Yolları İdarəsinin yeni baş direktoru və rəyasət heyətinin sədri vəzifəsinə təyin edilib.
İran prezidenti Həsən Ruhani S.Məhəmmədzadəni baş direktor vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib: “Ümid edirəm ki, Dəmir Yollarının strateji əhəmiyyətini, qonşu ölkələrlə sərnişin daşımaları və məhsulların tranzitində önəmli rolunu nəzərə alaraq, bu sahədə daha aktiv fəaliyyətinin şahidi olacayıq. Dəmir yollarının inkişaf etdirilməsi İran hökumətinin prioritetidir”.
Qeyd edək ki, İranın Dəmir Yolları İdarəsinin sabiq baş direktoru Möhsin Purseyidağayi bir müddət öncə iki qatarın toqquşması və 40-dan çox insanın həlak olmasının ardınca İran xalqından üzr istəyərək tutduğu vəzifədən istefa verib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












