Yeni gömrük idxal rüsumları qüvvəyə minib - Azərbaycanda

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişikliklər edilməsi barədə qərarı qüvvəyə minib. Avtosfer.az xəbər verir ki, dəyişikliklərlə bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb. Qərar iki il müddətində qüvvədə olacaq. Dəyişikliklə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarın əlavəsi olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə bəzi mal mövqeləri üzrə gömrük idxal rüsumları əlavədə göstərilən tarif dərəcələrində təsdiq təsdiqlənib.
Belə ki, ağ sementin 1 kiloqramına 0,07 ABŞ dolları, kərpiclər, bloklar, lövhəciklər və silisli daş unundan və ya analoji silisium oksidi süxurlarından keramika məmulatlarının (məsələn, kizelqur, tripolit və ya diatomitdən) 1 kiloqramı üçün 0.04 ABŞ dolları, inşaat kərpiclərinin 1000 ədədi üçün 100 ABŞ dolları gömrük idxal rüsumu tutulacaq.
Bundan başqa, mineral və qazlı sular daxil olmaqla, şəkər və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilən və başqa spirtsiz içkilərin bir litri üçün 0,7 ABŞ dolları gömrük rüsumu tələb olunacaq.
Dəyişikliyə əsasən, qoz-fındığın təzə və ya qurudulmuş, qabığı təmizlənmiş və ya təmizlənməmiş, qabıqla və ya qabıqsız bir kiloqramı üçün 1.5 ABŞ dolları, soğanın bir kiloqramı üçün 0,2 ABŞ dolları, xiyarın bir kiloqramı üçün 0,4 ABŞ dolları gömrük idxal rüsumu müəyyənləşib.
Toyuq yumurtasının 1000 ədədi üçün 100 ABŞ dolları, ev quşlarının əti və ət əlavələrinin bir kiloqramı üçün 1 ABŞ dolları gömrük idxal rüsumu tutulacaq.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












