Yeni şəxsiyyət vəsiqələrinin veriləcəyi tarix bəlli oldu

“Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması nəzərdə tutulur”. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib. Onun sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə ilin sonundan başlanılacaq: “Bu xidmətin Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Bilirsiniz ki, “ASAN Xidmət” mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsi həyata keçirilir. Ona görə də yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlayan andan "ASAN Xidmət" mərkəzlərində də bu sənədləri əldə etmək mümkün olacaq”.
“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. "ASAN xidmət" mərkəzlərinin yaradılmasında vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunmasıdır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












