Yeni yanacaqdoldurma kompleksi açılacaq - Kiyevdə

Bu ay Kiyevdə SOCAR-ın yeni yanacaqdoldurma kompleksi açılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə "SOCAR Ukraine" şirkətinin pərakəndə satış üzrə direktoru İqor Orlov məlumat verib.
Onun sözlərinə görə, yeni yanacaqdoldurma kompleksi (YDK) Protasov Yar küçəsində, kiyevlilərə yaxşı tanış olan dağ-xizək idman kompleksinin yaxınlığında yerləşir.
"Ona görə də SOCAR-ın ənənəvi xidmətlərindən, benzin və qazdan savayı, xizəkçilərə də xüsusi nəsə bir şey təklif etmək istəyirik. Ola bilsin, xizəklər üçün dayanacaq və ya ekstremal idmançılar üçün xüsusi bir şey oldu", - deyə İ.Orlov bildirib.
Onun sözlərinə görə, şirkət 2017-ci ildə əsasən səmərəliliyin artırılmasına və hər bir YDK-nın tam gücü ilə işləməsinə diqqət ayıracaq.
"Eyni zamanda Kiyev, Xarkov, Dnepr, Lvov kimi əhalisinin sayı bir milyondan çox olan şəhərlərində şəbəkəni inkişaf etditməyi planlaşdırırıq", - İ.Orlov vurğulayıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












