Yollar sukeçirməyən örtüklə döşənə bilər - YENİ TƏLƏB

Azərbaycanda sürüşmə ərazilərində yollar atmosfer yağıntılarından qorunmaq üçün sukeçirməyən örtüklə döşənə bilər.
Avtosfer.az trend-ə istinadən xəbər verir ki, qeyd edilən tələb yeni hazırlanmış “Ərazilərin, bina və qurğuların sürüşmə və uçqunlardan mühəndis mühafizəsi” adlı sənəd layihəsinə daxil edilib.
Layihəyə görə, ərimiş qar və yağış sularının tikinti aparılmış ərazidən, keçid və meydanlardan (mühafizə zonalarının hüdudlarından kənar) sürüşmə və uçqun zonalarındakı suaxınına axıdılmasına yalnız xüsusi əsaslandırmalarla yol veriləcək.
Sürüşmə zonalarında yerləşən kollektorlar üzərində təmizləyici qurğuların qurulmasına icazə verilməcəyək.
Bundan əlavə, yağıntı və qar ərimə müddətlərində çala və xəndəklərin açıq, həmçinin qazıntı yamaclarının bərkidilməmiş saxlanılmasına yol verilməyəcək. Yerli inşaat materiallarının çıxarılması üçün sürüşmə və uçqun ərazilərdə sahil və sualtı karyerlərin yerləşdirilməsinə icazə verilməyəcək.
Bu normalar ərazilərin, bina və qurğuların sürüşmə və uçqun proseslərindən mühafizəsi üçün tətbiq edilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












