Yollarda dəmir arakəsmələr betonlarla əvəzlənir

Azərbaycanın avtomobil yollarında dəmir arakəsmələrin betonlarla əvəz olunamasına başlanılıb. Beton arakəsmələr həm şəhərlərarası, həm də Bakının giriş – çıxış hissələrində qoyulur. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli anspress-ə bildirib ki, artıq Bakı Beynəlxalq Avtovağzalının qarşısından təxminən 2 kilometrlik məsafədə dəmir arakəsmələr beton plitələrlə əvəzlənib. Onun sözlərinə görə, ilkin mərhələdə avtovağzalın qarşısından “Ekologiya postu” deyilən əraziyə qədər olan yoldakı arakəsmələr əvəz ediləcək. “Posta qədər olan 2 kilometrlik məsafədə arakəsmələr beton plitələrlə əvəz edilib. Şəhərdaxili yollarda belə beton plitələrdən istifadə olunmur", - deyə qurum rəsmisi bildirdi. Anar Nəcəfli qeyd etdi ki, Azərbaycan istehsalı beton arakəsmələrdən Bakı – Ələt – Qazax yolunun Hacıqabul – Kürdəmir hissəsində, Şamaxı yolundakı Sulutəpə dairəsindən Müşviq qəsəbəsinə qədər olan məsafədə istifadə edilib. Qurum rısmisi bildirdi ki, yollarda dəmir arakəsmələrin beton plitələrlə əvəzlənməsi iqtisadi cəhətdən sərfəlidir. “Qəzalar baş verən zaman avtomobillərlə yanaşı dəmir arakəsmələrədə ziyan dəyir. Bu isə yol təsərrüfatının korlanması ilə nəticələnir. Dəmirləri dəyişdirmək isə əlavə xərc tələb edir. Bu arakəsmələrin dəyişdirilməsi də asan və ucuz başa gəlir. Həmçinin dəmir arakəsmələrdən fərqli olaraq, betonlar zərbəyə daha dözümlüdür. Beton arakəsmələrin aşağı hissəsində təkər qaytaran əyri hissə var. Bu hissə olduğu üçün qəza zamanı arakəsmə ilə avtomobil arasında birbaşa əlaqə azalır. Nəticədə həm avtomobilə, həm də yol infrastrukturuna az ziyan dəyir”, - deyə Anar Nəcəfli bildirdi.
Bundan əvvəl bir necə dəfə Azərbaycanda bəzi avtomobil yollarında dəmir arakəsmələrin keyfiyyəti ucbatından qəzalar zamanı ağır itkilər verib. Belə yol nəqliyyat hadisələri zamanı dəmir arakəsmələrdən zərər çəkən avtomobillərin və insanların faizi yüksək olduğu üçün hökumətin qərarı ilə beton arakəsmələrin tətbiqinə başlanılıb. Türkiyədə isə belə dəmir arakəsmələr elastikləri ilə əvəzlənir. Avtomobil elastik arakəsməyə çırpıldıqda nəqliyyat vasitəsinə və yol infrastrukturuna çox az ziyan dəyir.
Əksər hallarda baş verən qəzalarda sürücülər yol infrastrukturuna dəyən zinandan imtina edir. Bu səbəbdən dəyən zinan dövlət tərəfindən ödənilir. Elə buna görə də belə beton arakəsmələrin olması həm sürücülərə, həm də dövlətə sərf edər. Çünki yeni arakəsmələr qəza zamanı avtomobilə və yol infrastrukturuna dəyən ziyanı minumuna edirir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












