Yollarda həyat xilas edən yeni sistem: Zərbəni udur, qəza zamanı ölümdən qoruyur - VİDEO

Bakıda yol hərəkəti təhlükəsizliyi ilə bağlı mühüm yenilik tətbiq olunub. İlk dəfə olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı dairəvi yolu üzərində xüsusi zərbə udan təhlükəsizlik baryeri (crash cushion) quraşdırılıb.
Avtosfer.az xəbər verir ki, sözügedən qurğu yol ayrıcında – dəmir məhəccərin ön hissəsində yerləşdirilib və əsas məqsədi qəza zamanı avtomobilin birbaşa sərt baryerə çırpılmasının qarşısını almaqdır.
Bu tip təhlükəsizlik elementləri xüsusilə sürücülərin istiqaməti səhv saldığı və ya nəqliyyat vasitəsinin idarəetmədən çıxdığı hallarda böyük əhəmiyyət daşıyır. Qurğu avtomobilin kinetik enerjisini mərhələli şəkildə udaraq zərbəni zəiflədir. Nəticədə həm sürücü və sərnişinlərin ağır xəsarət alma riskini azaldır, həm də avtomobilə dəyən zərəri minimuma endirir.
Qeyd edək ki, bu cür zərbə udan sistemlər bir çox inkişaf etmiş ölkələrdə uzun illərdir tətbiq olunur və təhlükəli yol qovşaqları üçün effektiv həll hesab edilir. Artıq bu texnologiyanın Bakı yollarında da istifadəyə başlanması yol hərəkəti təhlükəsizliyinin artırılması baxımından mühüm addım kimi qiymətləndirilir.
Fərid
Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - Yeni təyinat - FOTO
Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO
Sıxlığın qarşısını almaq üçün ÜÇ YENİ avtomobil yolu inşa ediləcək: İSTİQAMƏTLƏR - VİDEO
"Şamaxinka"da sürücülər üçün yenilik: Xüsusi zolaq ləğv edildi - VİDEO
Rəşad Həsənov nazir müavini təyin olundu - FOTO
“Bolt”da təhlükəsizlik daha da güclənir - Təcili yardım çağırmaq mümkün olacaq – VİDEO
Azərbaycanda köhnə maşınları utilizasiya edən yeni məntəqə işə başladı - ÜNVAN
Telefon tutacağından istifadə edənlər 1200 manat cərimə ediləcək – YENİ QANUN
Yasamalda yeni quraşdırılan işıqforlar işə salındı










