Yolları yuyub təmizləyib - Təmir-edirlər – VİDEO-FOTO

Yazın gəlişi ilə əlaqədar olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti payız-qış mövsümündə yağan yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərinə start verib. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, təmir-bərpa işləri zamanı deformasiyaya uğramış və dağılmış asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə isə həmin hissəyə yeni asfalt-beton örtüyü döşənir. İşlərin tez bir zamanda yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Bundan başqa palçıq və toz basmış körpü və yol elementlərinin xüsusi təyinatlı işçi qrupu tərəfindən də təmizlənməsi işləri aparılır. Sözügedən işlər zamanı körpülərin mühəccərləri, dayaqları, səs boğucular, tunellərin divarları, yol nişanları, işıqəksetdiricilər, əyri xətli dəmir tirlər, səki daşları və s. xüsusi təyinatlı maşınlar vasitəsi ilə təzyiqli su verilərək yuyulur. Havaların sabit keçməsi ilə əlaqədar olaraq “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks işlər çərçivəsində yol kənarlarında və yol ayrıcında olan səki daşları xüsusi alətlə təmizlənir, zədələnmiş əyri-xətli dəmir tirlər və işıq əksetdiricilər bərpa edilir.
Sadalanan bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılır. İşlər aparılan ərazilərdə yaranan müvəqqəti narahatlığa görə, cəmiyyət vətəndaşlardan üzr istəyir və sürücülərdən bu işlərə analayışla yanaşmaları xahiş olunur.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq




















