Zazalı-Dəliməmmədli dəmir yolunun təmiri başlanıldı

Azərbaycanda dəmir yollarının əsaslı təmiri prosesi çərçivəsində bu gün Bakı-Böyük Kəsik yolunun (600 km) Zazalı-Dəliməmmədli mənzilində 6,4 km yolun təmirinə start verilib. Təmir işləri bir həftə davam edəcək. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın "Moravia Steel" şirkəti arasında “Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına ötən ilin oktyabrın sonunda başlanılıb və bu günə kimi 180 km dəmir yolu əsaslı təmir olunub.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












