Zərifə Əliyeva küçəsində asfaltlanma işləri aparılır - FOTO - VİDEO

Yeniliklər 6 Avqust 2024 17:33 Oxunub 98
Zərifə Əliyeva küçəsində asfaltlanma işləri aparılır - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılan təmir işləri davam etdirilir.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, yerinə yetirilən işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşıb. Hazırda ərazidə asfaltlanma işləri aparılır.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, sonda sözügedən hissədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh