Zığ dairəsi-Hava Limanı yolunda 2000 eldar şamı əkilib – FOTO

Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolunun mühafizə zolağında 2000 ədəd eldar şamı əkilib. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən Avtosfer.az-a verilən məlumata görə, əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.
Əkilən ağaclar “Azəravtoyol” ASC-nin tinglik sahələrində yetişdirilib.
Məlumata görə, yolların tikintisi zamanı ətraf mühitdən səmərəli istifadə olunması, təbii ehtiyatların itirilməsinin qarşısının alınması, meşə zolağını və bioloji müxtəlifliyi saxlamaq üçün qorunan torpaq sahələrinin sabit inkişaf prinsipləri, ətraf mühitə dəyən zərərin azaldılması, flora və faunanın qorunması, yola yaxın torpaqlarda baş verə biləcək sürüşmələrin və torpaq eroziyasının qarşısının alınması tədbirləri “Azəravtoyol” ASC tərəfindən hər zaman nəzərə alınıb və bundan sonra da bu çərçivədə diqqət daha da artırılacaq.
Qeyd edək ki, bu ilin əvvəlindən ölkənin avtomobil yollarının mühafizə zolağında 95 000 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq


















