Zığ-Suraxanı yolunun 5 km-lik hissəsi təmir olunur - VİDEO

11 km-lik Zığ-Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin əsaslı şəkildə təmirinə start verilib. Burda yolun hərəkət hissəsinin eni 9 metr təşkil edir. Avtosfer.az-ın "Azəravtoyol" ASC-yə istinadən məlumatına görə, avtomobil yolunun sözügedən 5 km-lik hissəsi uzun müddət idi ki, təmir olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinə maneə yaradırdı.
Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların gediş-gəlişini rahatlaşdırmaq istiqamətində verdiyi tövsiyyə və tapşırıqlara əsasən “Azəravtoyol” ASC tərəfindən Zığ-Suraxanı avtomobil yolunun 5 km-lik hissəsinin təmir-bərpasına başlanılıb. Təmir işləri çərçivəsində sözügedən ərazinin 2,8 km-lik hissəsində yol yatağının yararsız qruntu 1-1,5 metr dərinlikdə qazılaraq çıxarılır. Daha sonra karbonat materialı tökülərək yeni yol əsası tikilir. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənir, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılır. Yolun 2,2 km-lik hissəsində isə köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınır, hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə yolun hərəkət hissəsinin 45 min m2 sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Bundan başqa vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinin tikintisi işləri də aparılacaq. Ümumilikdə yol boyu 6 min p/m yeni səki daşı düzüləcək.
Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsindən səth sularının ötürülməsi üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulacaq, qrunt sularının ötürülməsi üçün isə drenaj borular qoyulacaq.
Avtonəqliyyat vasitələrinin Zığ-Aeroport yolundan Zığ-Suraxanı yoluna rahat şəkildə daxil olmasını təmin etmək məqsədi ilə hazırda yeni yol hissəsi də salınır. Bütün işlər tərtib olunmuş qrafikə uyğun yükskək keyfiyyətlə aparılır.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq


















