Rayonlararası marşrutlarda işləmək üçün dörd yeni qatar və dörd lokomotiv alınması sona çatmaq üzrədir

Gündəm 8 May 2026 22:30
Rayonlararası marşrutlarda işləmək üçün dörd yeni qatar və dörd lokomotiv alınması sona çatmaq üzrədir
WhatsApp kanalımıza abunə olun

Həm şəhər daxilində mobilliyin təmin olunması, həm də rayonlararası qatarlarda sərnişinə xidmət göstərmək üçün artıq bir neçə qatarın alınması üzrə son tamamlanma işləri həyata keçirilir. Rayonlararası marşrutlarda işləmək üçün dörd yeni qatar və dörd lokomotiv alınması sona çatmaq üzrədir.

Avtosfer.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a müsahibəsi zamanı deyib.

“Abşeron dairəvi dəmir yolu üzrə mobillik proqramı çərçivəsində isə əlavə 20 qatarın alınması bu il həyata keçiriləcək. Sərnişin məmnuniyyətini artırmaq üçün təbii ki, önümüzdə daha ciddi planlar var. Burada müxtəlif kombinasiyalı həllər, müxtəlif paket həllərin verilməsi və bütün bu istiqamətlər sərnişin ehtiyacını daha yaxşı və daha keyfiyyətli şəkildə təmin etməyə yönəlib”, - deyə R.Rüstəmov əlavə edib.

Oxunub : 154
ŞƏRH YAZ
Ad

E-mail

Şərh