Reklam

Bakı-Ələt yolundakı nişanlar bəzək üçün vurulub? - VİDEO

Yol nişanları 18 Sentyabr 2020 15:46 Oxunub 4516
Bakı-Ələt yolundakı  nişanlar bəzək üçün vurulub? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Ələt yolundan istifadə edən sürücülər, həmin yolda quraşdırlmış nişanlar barədə redaksiyamıza şikayət ediblər. Avtosfer.az xəbər verir ki, adıçəkilən yolun Ələt qəsəbəsindən üzü Bakı şəhəri istiqamətinə olan hissəsində (Azpetrol YDM-nin yanında) dayanma-durmanı qadağan edən 3.27 nişanı quraşdırılıb. Həmin yolda nəqliyyat vasitələrinin dayanma və durması üçün kifayət qədər yol çiyni olmasına baxmayaraq, nədənsə bu nişanları quraşdıraraq avtomobillərin dayanmasını qadağan ediblər.

Yanacaqdoldurma məntəqəsindən sonra nişanı qüvvədən salan hallar olmadığı üçün, 3.27 nişanı növbəti qəsəbəyə kimi, yəni Qobustan qəsəbəsinə kimi qüvvədə olur.

Qobustan qəsəbəsinin çıxacağında (təxminən 52-ci kilometrdə, dövlət idarələrinin qarşısında) heç bir maneə olmadığı halda yenə də 3.27 nişanlarını quraşdıraraq avtomobillərin dayanması qadağan edilib.

Daha sonra Bakı-Ələt yolunun təxmini 32- ci kilometrliyində (Sahil qəsəbəsində) yenə də eyni hal baş verir. Təqdim etdiyimiz videodan da aydın şəkildə görünür ki, yük avtomobili yol çiynində heç kimə mane olmadan park edilib. Lakin bir az qarşıda 3.27 nişanı quraşdırlıb.

Buradan iki sual yaranır:

  1. Dayanmış yük avtomobili heç kimə mane olmursa və kifayət qədər yol çiyni varsa, dayanma-durma niyə qadağan edilib?
  2. Avtobusdan, taksidən və digər şəxsi nəqliyyat vasitələrindən istifadə edən  sərnişinlər həmin ərazidə düşmək istəyərkən, sürücülər harada dayanmalıdır?

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh