Bakıda avtobus zolağında boya silindi, sürücülər cərimələndi - VİDEO

Paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkət etdiyi hissələrdə xətləmə işlərinin keyfiyyətsiz boya ilə aparılması və qısa müddət ərzində silinməsi həm sürücülər, həm də piyadalar üçün ciddi problemlər yaradır. Xüsusilə, intensiv hərəkətin olduğu küçələrdə bu hal daha tez-tez müşahidə edilir.
Avtosfer.az xəbər verir ki, piyadalar və sürücülər üçün nəzərdə tutulmuş xəttlərin silinməsi nəqliyyat axınının tənzimlənməsinə mane olur və bəzi hallarda yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Bundan əlavə, son illərdə paytaxtda təşkil edilən avtobus zolaqlarının da tez bir zamanda görünməz hala düşməsi ictimai nəqliyyatın hərəkətinə də ciddi maneələr yaradır. Zolaqların silinməsi səbəbindən bəzi sürücülər bilmədən avtobus zolaqlarına daxil olur ki, bu da həm tıxaclara, həm də qayda pozuntularına yol açır.
Xüsusilə qeyd olunmalıdır ki, bəzi küçələrdə avtobus zolağı olduğu üçün digər hərəkət zolaqları daha ensizləşir və silinən xətlər nəticəsində sürücülər zolaqları düzgün seçməkdə çətinlik çəkirlər. Bu da yol hərəkətinin təhlükəsizliyini birbaşa risk altına atır. Belə ki, paytaxtda avtobus zolaqlarının təşkil edildiyi küçələrdə əvvəllər yolun həmin hissəsi qırıq-qırıq xətlərlə ayrılıb. Lakin sonradan həmin xətlərin üzərindən keyfiyyətsiz boya ilə zolağı ayıran bütöv xətt çəkilib. İstər yağış, istərsə də avtomobillərin intensiv hərəkəti, tormozlama nəticəsində bütöv xətt yoxa çıxır, daha əvvəl çəkilən qırıq-qırıq xətt görünür. Bu da sürücüləri çaşdırır və bəzi hallarda özləri də bilmədən zolağa girmiş olurlar.
Bu problemin əsas səbəbi aidiyyəti qurumların xətlərin mütəmadi olaraq keyfiyyətli boyalarla yenilənməsinə laqeyd yanaşmasıdır. Sürücülər isə vurğulayır ki, nişanlanmanın olmaması qayda pozuntularına və cərimələrə səbəb olur.
Vətəndaşlar aidiyyəti qurumlardan bu məsələyə daha ciddi yanaşmağı, yolakı xətləmə işlərinin, xüsusilə də avtobus zolaqlarının daha dayanıqlı boya ilə çəkilməsini tələb edirlər. Əks halda, həm sürücülər, həm piyadalar, həm də ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün mövcud problemlər daha da dərinləşəcək.
Eltac Zülfüqaroğlu
Bu yol nişanlarının tələblərini bilməyənlər qəza şəraiti yaradır – EKSPERT - FOTO
Səməd Vurğun heykəlinin önünə velosiped zolağının çəkilməsi təklif edilir - FOTO
Gəncə şəhərində turistik nişanlanma işləri həyata keçirilib - FOTOLAR
Ağacın arxasında qalan nişan sürücüləri qayda pozmağa vadar edir - VİDEO
Magistral yolların təhlükəsizliyinə kölgə salan çatışmazlıqlar nələrdir? – Ekspert AÇIQLADI
“Dəniz Mall”un ətrafına mobillik zolağı çəkilir - FOTO
Bu ölkədə işıqforlara 4-cü rəng əlavə edilir; səbəb bu imiş
Yasamalda bu küçədə velosiped zolağı salınır - FOTO
Piyadaların diqqətinə: Bu yolda işıqfora əlavə bölmə quraşdırılıb - VİDEO
Bu yolda sağ zolaqda dayanarkən diqqətli olun; düzünə hərəkət qadağan edildi - VİDEO
Bakı küçələrinə döşənən bordürlər 7 il sonra yararsız hala düşür – ŞİKAYƏT - FOTO










