Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO

Avtosfer TV 29 Mart 2026 21:00
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu gün Nizami rayonu Bəhruz Nuriyev küçəsi, ev 26-nın qarşısında “Changan” markalı, 99-VQ-711 dövlət qeydiyyat nişanlı avtomobil binanın girişini bağlayacaq şəkildə park edilib.

Avtosfer.az-ın əldə etdiyi son məlumata görə, binanın girişini kəsən avtomobilin sürücüsü xanım imiş. Sürücü və sərnişin yaxınlıqdakı ticarət mərkəzinə gəlib. Maşını isə məhəllədə blokun girişində saxlayaraq yolu kəsiblər. Nəticədə sakinlərdən ikisi maşını həyətdən çıxara bilmədikləri üçün işə taksi ilə getməli olub. Sakinlərin sözlərinə görə, 102 və 902 xidmətlərinə şikayət də olunub. Lakin sürücünü tapmaq mümkün olmayıb.

Eltac

Oxunub : 528
ŞƏRH YAZ
Ad

E-mail

Şərh